IQNA

Amerikalı boksçu İslamı qəbul etdi | video

İQNA - Dünya şöhrətli boksçu Gervonta Devis şəhadət oxuyaraq müsəlman oldu. Məşhur idmançının yeni həyata başladığı o anların görüntüləri sosial şəbəkələrdə trend olub.

Sərbəst döyüşlərin yüngül çəki çempionlarından olan 29 yaşlı amerikalı boksçu Geronta Devis ötən həftə Amerikadakı məscidlərdən birinə gedərək müsəlman olub. Adını Əbdülvahid qoyub.

Son illərdə bir çox amerikalı idmançı öz şəxsi qərarları ilə İslamı qəbul edib. Afrika əsilli bu idmançıların çoxu irqçiliyə və ayrı-seçkiliyə kökündən qarşı çıxan İslamı onlar üçün ideal din kimi təsvir edirdilər.

kod
Teqlər: amerika ، boks ، islam dini